Azərbaycan–Vatikan sənədi arxiv sahəsində təlim və birgə tədqiqatları nəzərdə tutur

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycan–Vatikan sənədi arxiv sahəsində təlim və birgə tədqiqatları nəzərdə tutur

Vətənim Media xəbər verir ki, Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalanıb. APA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.

Razılaşmaya əsasən, azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək, arxiv işi və tarixi sənədlərin tədqiqi, qorunması, rəqəmsallaşdırılması sahələrində təcrübə mübadiləsi aparılacaq. Tərəflər birgə elmi-tədqiqat layihələri də həyata keçirəcəklər.

Ələkbərovun sözlərinə görə, azərbaycanlı gənc mütəxəssislərin Vatikanın mədəni irs və arxiv elmləri, eləcə də kitab və əlyazmaların kataloqlaşdırılması proqramlarında iştirakı təşviq ediləcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗