Vətənim Media xəbər verir ki, Nərimanov rayonundakı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verdiyi bildirilən insident araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə APA-ya bildirib ki, məktəb heyəti və şagirdlər valideynləri ilə birlikdə ərazi üzrə polis şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbətlər aparılıb. Narazılığa səbəb olan hallar müəyyənləşdirilərək aradan qaldırılıb. Hərəkətlərdə kriminal tərkib müəyyən edilməyib.
Əsas mənbə: APA
