İraq 17 ildə neft qaçaqmalçılığı və saxtakarlıqdan 303 milyard dollar itirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İraq 17 ildə neft qaçaqmalçılığı və saxtakarlıqdan 303 milyard dollar itirib

Vətənim Media xəbər verir ki, İraq parlamentinin deputatı Məhəmməd əl-Həfaci ölkənin dövlət büdcəsinin son 17 ildə 303 milyard dollar zərər gördüyünü bildirib. O, itkiləri ölkənin şimalından neft və neft məhsullarının qaçaqmalçılığı, eləcə də müxtəlif saxtakarlıq sxemləri ilə əlaqələndirib.

Deputatın sözlərinə görə, zərərin 101 milyard dolları nəzərdə tutulan neft həcmlərinin dövlətə təhvil verilməməsi, 79 milyard dolları dövlət şirkətindən yan keçməklə ixrac, 123 milyard dolları isə şimaldakı yataqların İraq Kürdüstanı rəhbərliyinin nəzarətinə keçməsi ilə bağlıdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗