Vətənim Media xəbər verir ki, “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşündə Azərbaycan və Ermənistandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. Görüşün başladığını APA xəbər verib.
Təşəbbüs çərçivəsində noyabrın 26–27-də Ermənistanda iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin geniş tərkibli dəyirmi masa müzakirəsi keçiriləcək. Gündəlikdə sülh prosesinin möhkəmləndirilməsi, qarşılıqlı etimad, iqtisadi əməkdaşlıq, humanitar məsələlər, gənclər və təhsil sahəsi, eləcə də uzunmüddətli əlaqələrin qurulması imkanları var.
Əsas mənbə: APA
