Vətənim Media xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən müzakirələrin beşinci raundunda erməni və azərbaycanlı iştirakçılarla görüşüb. Ermənistan Təhlükəsizlik Şurasının məlumatına görə, iştirakçılar Simonyana suallar ünvanlayıb, tərəflər fikir mübadiləsi aparıblar.
Ermənistanda keçirilən görüşdə Azərbaycan və Ermənistandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. Noyabrın 26–27-də baş tutacaq geniş tərkibli müzakirələrdə sülh gündəliyi, qarşılıqlı etimad, iqtisadi əməkdaşlıq, humanitar məsələlər, gənclər və təhsil sahələri, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında uzunmüddətli əlaqələr müzakirə olunacaq.
Əsas mənbə: APA
