Vətənim Media xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna noyabrın 27-də Bakıya gələcək. APA-nın məlumatına görə, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.
Tsaxna səfər çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcək və dövlət rəsmiləri ilə görüşəcək. Tərəflər biznes, innovasiya və rəqəmsal hökumət sahələrində əməkdaşlığın dərinləşdirilməsini, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsini və regional, Avropa təhlükəsizliyini müzakirə edəcəklər.
Əsas mənbə: APA
