Vətənim Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Qarabağ iqtisadi rayonunda 547,9 min ton dənli və dənli paxlalı bitki yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.
Ən çox məhsul Ağcabədidə — 181,5 min ton, Füzulidə — 146,6 min ton, Bərdədə isə 69,1 min ton olub. Xocalıda yığım 2,3 dəfə artaraq rayonlar arasında ən yüksək artım göstəricisi qeydə alınıb. Ağdamda məhsul 12,8 faiz, Ağdərədə isə 21,1 faiz azalıb.
Əsas mənbə: APA
