Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Bakıda Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb.
Husyev “X” hesabında Estoniyaya Ukraynaya göstərdiyi ardıcıl dəstəyə görə təşəkkür edib və Ukraynanın Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirməyə sadiq olduğunu vurğulayıb. Görüş Tsaxnanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilib.
Əsas mənbə: APA
