Vətənim Media xəbər verir ki, APA-nın Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska ilə müsahibəsində Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırma araşdırmasının davam etdiyi bildirilib. Kopçinska tədqiqatın uğurla irəlilədiyini və nəticələrin qarşıdakı aylarda açıqlanmasının gözlənildiyini deyib.
Kopçinskanın sözlərinə görə, layihə Naxçıvanın iqtisadi potensialının reallaşdırılmasına, Orta Dəhlizin dayanıqlılığının gücləndirilməsinə və Cənubi Qafqazın Avropa və Mərkəzi Asiya bazarları ilə əlaqələrinin genişlənməsinə töhfə verə bilər. O, Bakı Limanının genişləndirilməsi də daxil olmaqla, Orta Dəhlizin inkişafına xidmət edən digər nəqliyyat layihələrində də Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirib.
Əsas mənbə: APA
