Siyəzəndə su kanalına düşən iki azyaşlıdan biri xəstəxanaya yerləşdirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Siyəzəndə su kanalına düşən iki azyaşlıdan biri xəstəxanaya yerləşdirilib

Vətənim Media xəbər verir ki, noyabrın 28-də Siyəzən şəhəri yaxınlığında iki azyaşlı Taxtakörpü–Ceyranbatan su kanalına düşüb. APA-nın Şimal bürosunun məlumatına görə, uşaqlar kanalın kənarında oynayarkən suya düşüblər.

Azyaşlılardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib. Digər uşağın axtarışları davam edir. Əməliyyata Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗