Vətənim Media xəbər verir ki, Sabirabad rayonunda evlənmək məqsədilə qaçırıldığı bildirilən azyaşlı qız və oğlanın yeri müəyyənləşib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qızın atası noyabrın 19-da polisə müraciət edib.
Polis əməkdaşları Cavad kəndi ərazisində tapılan qızla oğlanı valideynlərinə təhvil veriblər. Oğlan 2009-cu, qız isə 2011-ci il təvəllüdlüdür.
Əsas mənbə: APA
