Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin növbəti təlimi keçirilib.
Layihənin əsas məqsədi gənclərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək,qorunan tariximizi gənclərə daha ətraflı və dolğun şəkildə çatdırmaq,bugünkü tarixi qoruyaraq gələcək nəsillərə miras qoymağa kömək etməkdir.
Təlimi layihə rəhbəri Aysel Cəfərova qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmişdir. Layihə rəhbəri “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin ortaya qoyduğu problemlər və onların həllindən danışmışdır.Aysel Cəfərova daha sonra isə layihənin məqsədini bildirmişdir.
Təlimin mövzusu Azərbaycanın ordu tarixi ilə bağlı olmuşdur.Təlimçi,bir çox uğur qazanmış idmançı Gilanar Verdiyeva iştirakçıları ordu tarixi barədə məlumatlandırmışdır. Təlimdə milli vətənpərvərlik ruhunda ifalar səsləndirilib.
Təlim bitdikdən sonra layihənin bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin gördüyü işlər barədə danışılıb. Layihədə iştirak etmiş gənclərə sertifikat verilib.

