Qambiyanın yeni prezidenti ölkəsinə qayıtdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Qambiyanın yeni prezidenti Adama Barrou Seneqaldan ölkəsinə qayıdıb.

Bu barədə “Al-Jazeera” məlumat yayıb.
Bildirilir ki, A.Barrou artıq ölkənin paytaxtı Banjul şəhərindədir.
Xatırladaq ki, yeni prezident xələfi Yahya Cammenin öz vəzifəsini tərk etməməsi səbəbindən, yanvarın 19-da Seneqalda and içib. Lakin yanvarın 22-də Qambiyanın sabiq prezidenti Camme səlahiyyətlərindən imtina edərək ölkəni tərk edib.

Vətənim Media Shorts

YouTube-da aç ↗