A-Qroup nizamnamə kapitalını || 2 milyon manatadək artırır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

A-Qroup sığorta şirkəti öz vəsaitlərini artırır və nizamnamə kapitalını 2 000 000 AZN-ə çatdırır. Şirkətdən  verilən məlumata görə, bu qərar səhmdarların yığıncağında qəbul edilib.

Hazırda A-Qroup-un nizamnamə kapitalı 8 005 750 AZN təşkil edir. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasında lazımi prossedurlardan keçəndən sonra A-Qroup-un nizamnamə kapitalı 10 000 000 AZN-dək artırılır. A-Qroup-un nizamnamə kapitalının artırılması onun maliyyə sabitliyinin göstəricisidir. A-Qroup-un müştəriləri üçün kapitalın artırılması – sabitlik və etibrlılıq deməkdir, çünki kapitalın artması ödəniş qabiliyyətinin zəmanətidir.

A-Qroup dinamik inkişaf edir, 20 ildən artıqdır ki, sığorta bazarında uğurlu fəaliyyət göstərir, 14 könüllü sığorta növü üzrə fiziki və korporativ müştərilərə geniş spektrlı sığorta xidmətləri göstərir.

Vətənim Media Shorts

YouTube-da aç ↗