FED uçot dərəcəsini artıracaq – Dollardan bahalaşma təhlükəsi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib.

“APA-Economics”-in xəbərinə görə, bu barədə təşkilatın iki gün davam edən  iclasının yekunlarına dair məlumatda deyilir.

FED-in Açıq Bazar Komitəsi üzvlərinin qənaətinə əsasən, ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri artımı labüd edəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də  uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.

Vətənim Media Shorts

YouTube-da aç ↗