Milli Məclisdə plenar iclas vaxtı işıqlar söndü

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan Milli Məclisinin qış sessiyasının bu gün keçirilən plenar iclasında elektrik enerjisində problem yaranıb.

Məlumata görə, deputat Sahibə Qafarovanın çıxışı zamanı işıqlar sönüb.

Vitse spiker Valeh Ələsgərov ayağa qalxaraq problemlə maraqlanmaq istəyib.

Lakin qısa müddətdən sonra elektrik enerjisinin fəaliyyəti bərpa edilib.

Hazırda deputatlar Xocalı soyqrımının 25 illiyinə dair müzakirələr aparırlar.  (olke.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗