Azərbaycana qonaq gələn 17 yaşlı qız intihar etdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Cəlilabadda intihar hadisəsi baş verib. Turkustan.info-nun Lent.az-a istinadən verdiyi məlumata görə, martın 14-də rayonun Maşlıq kəndində 17 yaşlı Rusiya vətəndaşı İradə Nəsirova özünü asaraq intihar edib.
Kənd sakinləri bildiriblər ki, İradə Nəsirova ailəsi ilə birgə kəndə baba evinə qonaq gəlibmiş.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗