Bakıda kişi qol və boyun damarlarını kəsərək intihar edib

Şrift
🔊 Xəbəri dinlə — Babək

İntiharın səbəbi bilinmir

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Turkustan.info-nun APA-ya istinadla verdiyi məlumata görə, hadisə Nizami rayonunda, Əlif Hacıyev küçəsi 37 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 57 yaşlı Kamal Məmmədxan oğlu Əzizov yaşadığı evin hamamında qollarını və boğazını kəsib. Çoxlu qan itirən K. Əzizov hadisə yerindəcə keçinib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Vətənim Media Shorts

YouTube-da aç ↗