Avtobus ağaca çırpıldı: 26 şagird yaralandı

Şrift
🔊 Xəbəri dinlə — Babək

ABŞ-ın Qərbi Virciniya ştatında məktəb avtobusu ağaca çırpılıb.

Qəza nəticəsində 26 məktəbli xəsarət alıb.

Avtobus Ohayonun şagirdlərdən ibarət futbol komandasını qonşu Qərbi Virciniya ştatına aparırmış.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzaya ilkin səbəb kimi yüksək sürət həddi göstərilir.

Vətənim Media Shorts

YouTube-da aç ↗