Kamal Abdulla qaydaları dəyişdi – Narazı tələbələrlə bağlı islahatlar

Şrift
🔊 Xəbəri dinlə — Babək

Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

Iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.

Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir:

– Yay məktəbi tam pulsuz olacaq;

– Apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq;

– İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq;

– İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq;

– Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq;

– Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları həmin kitabı gətirib verəcək;

– 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsirlərində köməklik olunacaq;

– İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq;

– Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək;

– Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗