“Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Azərbaycan, Türkmənistan və Türkiyənin üçtərəfli formatda sıx əməkdaşlığı inkişaf etdirmək üçün böyük istəkləri var”.

Bunu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib.

Nazir qeyd edib ki, tərəflər, xüsusilə siyasi, enerji, ticarət və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə ediblər.

Vətənim Media Shorts

YouTube-da aç ↗