Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki qeydə alınmayıb.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadırlar.
Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək.
