Azərbaycanda internet istifadəçilərinin 23 faizi veb-təhlükə ilə üzləşir

Şrift
🔊 Xəbəri dinlə — Babək

Azərbaycanda kompüterlərin 22,81 faizi internet yolu ilə virusa yoluxma riskinə məruz qalır.

Bu barədə “Kasperski laboratoriyası”nın 2017-ci ilin ikinci rübünün yekunlarına həsr olunmuş “İnformasiya təhdidlərinin inkişafı” icmalında deyilir.

Ötən ilin ikinci rübü ilə müqayisədə bu göstərici 24 faiz azalıb.

İcmalda qeyd olunur ki, Azərbaycan risk səviyyəsinə görə 8-ci yerdə qərarlaşıb.

İlk onluqda Əlcəzair, Albaniya, Belarus, Qətər, Ukrayna, Rumıniya, Tunis və Yunanıstan da yer alıb.

İnternetin ən təhlükəsiz olduğu ölkələr sırasında Kuba, Finlandiya, Sinqapur, İsrail və Yaponiya qərarlaşıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗