Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.
1993-cü il təvəllüdlü Zeynalova Əda Vidadi qızı Hüseyn Cavid prospektində, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən özünü atıb. Gənc qız hadisə yerində ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
