Eldar Aslanov Pedaqoji Universitetin prorektoru təyin edildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni prorektor təyin edilib.

Təhsil Nazirliyinin müvafiq əmri ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov ADPU-un Tədris işləri üzrə prorektoru təyin edilib.

E.Aslanov bundan əvvəl Turizm və Menecment Universitetinin prorektoru olub.

Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov da bundan əvvəl Turizm və Menecment Universitetinin rektoru olub.

Vətənim Media Shorts

YouTube-da aç ↗