Nazirlər Kabineti Bayıl sürüşməsinə görə təcili toplaşır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Dağ yamacının altında iki yeraltı çayın axdığı müəyyən edilib.

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçiriləcək.

Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçiriləcək müşavirədə sürüşmənin qarşısının alınması üçün təkliflər səsləndiriləcək və görüləcək tədbilər müəyyənləşdiriləcək. 

Son bir neşə gün ərzində Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Hazırda sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.  Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

Ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcədə yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.

Nazirlər Kabinetinin müvafiq qərarına görə, sürüşmə zonasından çıxarılan ailələrə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.   /İstiPress/

Vətənim Media Shorts

YouTube-da aç ↗