Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri, Leyla Kərimova,Əlrəhman Verdiyev və Eşqin Daşdəmirov Gənclər və İdman Nazirliyinin və ATGTİ-nin birgə həyata keçirdiyi “Qış – Liderlik Məktəbi” Mingəçevir layihəsinə iştirak hüququ qazanıblar.Tələbələr artıq Mingəçevirdə layihəyə qoşulublar.
ADAU-nun mətbuat xidməti bildirib kii, Gənclər və İdman Nazirliyi və ATGTİ-nin birgə həyata keçirdiyi layihə 5-11 fevral aralığını əhatə edəcək. Artıq 10-cu dəfədir ki, keçirilən “Liderlik məktəbi” layihəsində Respublikada fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsil müəssisələrinin seçilən yalnız I və II kurs bakalavr tələbələri iştirak edirlər. Gənc liderlərin yetişdirilməsinə yönələn bu layihə gənclərə liderlik, komanda işi, hədəfə çatmaq əzmi kimi keyfiyyətləri aşılayacaq.

