Bu ölkənin ordusunda 25 min qadın xidmət edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Ukraynanın Silahlı Qüvvələrində 25 min qadın xidmət göstərir.

Cebhe.info xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Anton Qeraşenko öz “Facebook” səhifəsində yazıb:

“Bir daha parad qüsursuz və mükəmməl idi. Vahid ordu sırasında ilk dəfə olaraq qadın əsgərlər yürüyürdü. Rəqəmlər artıq 25 mindir. Onlardan 3 mindən çox qadın zabit var. Ölkə bilməlidir ki, bizdə nə qədər qadın polkovnik və qadın generallar  var. Çünki onlar kişilərlə bərabər xidmət göstərirlər “, – deyə Qeraşenko bildirib.

Qeyd edək ki, ölkənin müdafiə naziri Stepan Poltorakın dediyinə görə  2017-ci ildə ölkənin silahlı qüvvələrində ən azı 255 min nəfər xidmət edib.  /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗