Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Dünən Kürdəmir rayonunda polis tərəfindən saxlanılan şəxs qəfil vəfat edib.
Turkustan.info xəbər verir ki, rayon ərazisində bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə gələn post-patrul xidmətinin əməkdaşları davada iştirak edən Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Elşən İbişovu saxlayaraq rayon polis şöbəsinə gətiriblər. “Fiat Doblo” markalı post-patrul maşını şöbənin qarşısına çatanda E.İbişov maşından düşürülüb və bir neçə addım atandan sonra o yıxılaraq ölüb.
E.İbişovun ölüm səbəbinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.
Araşdırma aparılır. /Publika.az/
