– Ümumiyyətlə, “donuz qripi” insan həyatı üçün nə dərəcədə təhlükəlidir?– Əgər diqqət yetirməsək, nəzarət etməsək, istənilən xəstəlik bizim üçün təhlükəlidir. Nəzarət olunan xəstəlik elə bir təhlükə törətmir. Qripin də ölüm faizi aşağıdır. Qripdən ölüm 4 faiz, bəzi müəlliflərə görə isə 6 faiz olur. Yəni qripin müxtəlif klinik formaları var. Ağır gedişat daha çox körpə uşaqlarda, bir də 60-dan çox yaşı olan insanlarda özünü büruzə verir. Yaşlı insanlarda ürək-damar sistemində müxtəlif pozğunluqlar meydana çıxır. Qripin də ən çox təsir etdiyi ürək-damar sistemidir. Körpələrin immun sistemi zəif, hələ tam formalaşmamış olur. Ona görə də xəstəliyi ağır keçirir.Xroniki xəstəliyi olan insanlar da qripi ağır keçirir. Bu sadaladığım 3 qrup əsas risk qrupudur. Belə insanlar özlərini qripdən daha çox qorumalıdırlar.Qrip viruslarının A, B və C kimi tipləri var. “Donuz qripi”, “quş qripi” A virusunun variantlarıdır, sadəcə, ştampları dəyişir. Hansı ştampa yoluxursansa yolux, klinik gedişi eynidir. Müəyyən yeni ştamplar meydana çıxanda xəstəlik nisbətən ağır keçir.Ümumiyyətlə, qripə barmaqarası baxmaq olmaz. Keçən əsrin əvvəllərində İspan virusu 50 milyona qədər insanın həyatına son qoyub. – “Donuz qripi” ilə bağlı ölkədə aparılan hazırlıq işləri hansı səviyyədədir?– Bu işlər həmişə diqqət mərkəzində saxlanılır. Hazırda donuz qripi yayılmayıb. Əgər yayılma halı olarsa, lazım gəlsə, məktəblərdə tədris müvəqqəti dayandırıla, müəyyən məhdudiyyətlər də qoyula bilər. Qriplə bağlı hazırlıqlar kampaniya xarakteri daşımır. Hər zaman Səhiyyə Nazirliyi hazırlıq tədbirlərini görür, tapşırıqlar verir, həkimlərə treninqlər təşkil edir. Elə mətbuatın xəbərləri özü də əhalinin maarifləndirilməsi baxımından önəmlidir. /Milli.Az/
“Donuz qripi”nə yoluxduğumu necə anlamalı? – Baş infeksionistdən günün bəlası ilə bağlı mühüm açıqlamalar
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)