Doktorantura yaradılan təhsil müəssisələrinin sayı artırılıb.
Turkustan.info-nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda müvafiq dəyişiklik edib.
Beləliklə, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda elmlər doktoru, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan İlahiyyat İnstitutunda isə fəlsəfə doktoru üzrə doktoranturalar yaradılacaq. /BakuPost/
