Azərbaycanlı səfir vəfat etdi – Foto

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib.

Turkustan.info Report-a istinadən xəbər verir ki, E.Hüseynova 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub.

O, 1994-2004 Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub.

Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyırdı.

Vətənim Media Shorts

YouTube-da aç ↗