“Bizə görə də 1999-cu ildə Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəlik, “Ahıska Türklərinin vətənlərinə geri dönüş prosesi” hələ tamamlanmayıb.” Thorbjorn Jaglan
Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyatdin Kassanov və Avropa Təmsilçisi Burhan Özkoşar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasına qatılaraq bir sıra önəmli görüşlər keçirib.
İlk önəmli görüşmə AŞ-ın Baş katibi Thorbjorn Jaglandın ofisində keçirilib. Görüşmədə DATÜB sədri Ziyatdin Kassanov, Dünya Ahıska Türkləri Birliyinin 2010-cu ildə qurulduğunu, qurulduqdan sonra isə ilk 4 ildə cənab Thorbjorn Jagland ilə 3 dəfə görüşüldüyünü, 1 oktyabr 2014-cü ildəki görüş zamanı Gürcüstan Prezidenti ilə görüşmək istədiklərini, cənab Giorgi Marqvelaşvilinin isə 28 noyabr 2014 tarixində görüş üçün razılıq verdiyini bildirdi. Sonrasında isə Gürcüstan Prezidentinin DATÜB heyəti ilə görüşdüyünü və bütün bu addımların Avropa Şurası Baş katibi olarak Thorbjorn Jaglandın səyi nəticəsində baş verdiyini qeyd etdi.
2015-ci ildən etibarən Ukraynadakı hadisələrdən sonra müharibə bölgəsində qalan Axısxalı Türkləri Türkiyə Dövlətinin də dəstəyi ilə Türkiyəyə gətirdiklərini vurğulayan DATÜB sədri Ziyatdin Kassanov, DATÜB Avropa Təmsilçisi Burhan Özkoşarın fəaliyyəti nəticəsində Avropa Şurası ilə əlaqələrin heç vaxt zaman kəsilmədiyini qeyd etdi.
DATÜB Gürcüstan rəsmiləri ilə görüş tələb etdi “DATÜB 20 noyabr 2017 tarixində Avropa Şurası Beynəlxalq QHT-lərin Konfransına (İN-GOs) üzv qəbul edildi. Üzv qəbul edildikdən sonra keçən bir il ərzində bütün konfranslarda iştirak etdik. Bunun üçün sizə ayrıca təşəkkür edirik. Cənab Baş katib, sizdən yeni seçilən Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir Mamuka Baxtadze ve Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze ilə görüşməyimizə şərait yaratmanızı xahiş edirik. Bizi yenə paytaxt Tbilisidə qəbul etsələr, problemlərimizin birbaşa özlərinə çatdırmaq fürsətimiz olacaq. Bu dəstəyiniz üçün əvvəlcədən təşəkkür edirəm.”
DATÜB tərəfindən AŞ Baş katibinə təqdim edilən hesabat qovluğunda Axısxa Türklərinin təcili həll edilməsi gərəkli olan probləmlərinin başlıqları belədir:
Gürcüstan, 1999-cu ildə Avropa Şurasına üzv qəbul edilərkən götürdüyü öhdəliyi təəssüf ki, yerinə yetirməmişdir. 2007-ci ildə çıxarılan qanun Axısxa Türklərinin geri dönüşünü qarantiya altına almır. Buna baxmayaraq 2009-2010-cu illər ərzində bu qanuna əsasən 15300 ailə vətənə dönmək üçün müraciət etmişdir. Bunlardan isə sadəcə 5841 ailənin müraciəti qəbul edilmişdir. Bu sənədlərdən sadəcə 1853 nəfərə geri dönüş statusu verilmiş, onların da 5 illik qanuni müddəti başa çatmışdır. 2015 və 2016 illəri ərzində 494 nəfərə şərtli vətəndaşlıq verilmişdir. Bu vəziyyətdə isə heç kim geri dönmək üçün cəsarət etməmişdir.
Öz imkanları ilə geri qayıdan ailələrin də çoxu hələ də nə vətəndaşlıq nə də müvəqqəti yaşama icazəsi ala bilmir. Ahıska bölgəsində xüsusilə də milli təhlukəsizlik əməkdaşları insanlarımızı sıxır. Vətənə dönüş mübarizəsi içərisində yer alan insanlarımıza da ölkəyə girişinə qadağa qoyurlar. Bunlardan bizi də Avropa Təmsilçimiz Burhan Özkoşardır.
Öz imkanları ilə gedərək Ahıskada ev alan insanlarımızın evlərin sənədləşməsi zamanı süni əngəllər çıxarılır. Bu kimi hallara xüsusilə Ahıska və ətraf kəndlərdə rast gəlinir. Digər bölgələrdə hər hansı bir problem yoxdur. Bizlər də haqlı olarak Gürcüstandan sürgün edildiyiniz tarixi vətənimiz olan Ahıska bölgəsinə qayıtmaq istəyirik.
DATÜB sədri Ziyatdin Kassanov, “Biz istəyirik ki, bütün bu problemlərimizi Tbilisidə dəyirmi masa arxasına oturaraq dostluq və insani çərçivədə həll edək. Belə bir fürsət 2011-ci ildə əlimizə keçdi, bir il gözəl fəaliyyət göstərdikdən sonra çox təəssüflər olsun ki, hökümət dəyişildi və onların yerinə gələnlər ilə eyni fürsəti əldə edə bilmədik. İndi isə bu istiqamətdə tələblərimizi yeniləyirik.” dedi.
Daha sonra DATÜB sədri Ziyatdin Kassanov Avropa Şurasına tyəqdim edilmək üzrə hazırladıqları hesabat və problemlərin yer aldığı qovluğu AŞ Baş katibi Thorbjorn Jaglanda təqdim etdi.
Baş katib DATÜB-ə dəstək üçün söz verdi.
AŞ Baş katibi Thorbjorn Jagland isə “DATÜB-ün quruluşundan bu günə kimi fəaliyyətinizi yaxından izləyirik. Sizə keçmişdə dəstək olduğumuz və problemlərinin həlli üçün qapıları açabildiyimizə biz də məmnun olduq. Biz Ahıskalı Türklərin problemlərini yaxından bilirik və izləyirik. Bizə görə də 1999-cu ildə Gürcüstanın götürdüyü öhdəlik, Ahıska Türklərinin vətənlərinə geri dönüş prosesi hələ tamamlanmamışdır. İndi buradaki vəzifəmin son aylarında sizin problemlərinizi Gürcüstandakı əlaqəli qurumlara yönləndirərək bir daha xahiş edəcəyik. Sizin bu insani olan problemlərinizin həlli bizləri də sevindirir” deyərək yenidən dəstək olacağına söz verdi.
DATÜB heyəti AŞPA-dakı görüşləri çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ilə də görüşüb.






