Azərbaycanlılar qarın içində namaz qılır – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Moskvada Otradnıy rayonunda yerləşən azərbaycanlılara məxsus “İnam” məscidinin bağlanmasından sonra həmyerlilərimiz namazlarını məscidin həyətində qılmağa başlayıb.

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Moskvada yaşayan soydaşımız, jurnalist Fuad Abbasov Axar.az-ın redaksiyasına müraciət edib.

“Moskvada yaşayan müsəlmanlar bu məscidi ziyarət edə bilmirlər və şaxtalı havada yaş asfalt üzərində namaz qılmağa məcburdurlar”, – Abbasov bildirib.

Qeyd edək ki, “İnam” məscidi Bakının eks-prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan iş adamı Rəşid Bəyazidov yardım edib. Bəyazidov məscid tikilişinə öz ərazilərindən birində şərait yaradıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗