1 iyunda metroda uşaqların əl işləri nümayiş olunur

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 1 İyun – Uşaqların beynəlxalq müdafisəi günü münasibətilə daha bir yeniliyə imza atıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, təmsil etdiyi qurum bu münasibətlə metropoliten əməkdaşlarının uşaqlarının bir qrupunun yaradıcılıq işlərinin sərgisini təşkil edib: “Rəsm çəkmək bacarığı olan uşaqların əsərləri metronun 6 stansiyasında məhz onların bayramı günü nümayiş olunur. “Sahil”, “Memar Əcəmi”, “Elmlər Akademiyası”, “Gənclik”, “Nəriman Nərimanov” və “Qara Qarayev” stansiyalarında 9 rəsm əsəri ilə tanış ola bilərsiniz”.

Vətənim Media Shorts

YouTube-da aç ↗