Sabah saat 10:00-dan 18:00-a qədər Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
