Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində İspaniya və Çexiya komandaları üz-üzə gəliblər.
Trend-in məlumatına görə, ispanların üstünlüyü ilə keçən oyunda hesab 87-ci dəqiqədə açılıb – Pikenin baş zərbəsi dəqiq alınıb.
Matçda başqa qol qeydə alınmayıb – 1:0.
Qeyd edək ki, D qrupunun digər oyunu ötən gün Türkiyə və Xorvatiya (0:1) yığmaları arasında baş tutub.
