Azərbaycanlı idmançı: Biz əlimizdən gələni edəcəyik ki, ölkəmizə medallarla qayıdaq….

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Olimpiya oyunlarına böyük ümidlərlə gedirik, inanırıq ki, xalqımızı sevindirəcəyik”.

Bunu Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına yola düşən Azərbaycan güləşçisi Toğrul Əsgərov deyib.

T.Əsgərov bildirib ki, idmançılar yarışlara kifayət qədər güclü hazırlaşıblar: “Olimpiya oyunlarına gedən bütün idmançılarımız peşəkardırlar. Biz əlimizdən gələni edəcəyik ki, ölkəmizə medallarla qayıdaq. Bizə yaradılan bütün bu şəraitə görə ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

trend

Vətənim Media Shorts

YouTube-da aç ↗