Rio-2016: Azərbaycanlı atlet rekord vurdu, Olimpiya çempionu oldu…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub.

N. Rəhimov 77 kq çəki dərəcəsində olimpiya çempionu olub.

Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd Mahmudu geridə qoyub.

Qeyd edək ki, N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.
Aydan.

Vətənim Media Shorts

YouTube-da aç ↗