Neftin digər markaları üzrə müşahidə edilən bahalaşma neftimizin qiymətinə də təsir edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 1,60 dollar və yaxud 3,53% bahalaşıb.
“AzeriLight” markalı neftin bir barelinin qiyməti 46,88 dollara bərabər olub.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Aydan.
