“Mercedes” qadını vurdu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə avqustun 22-də paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini İsmayılova Ülviyyə Bəxtiyar qızı rayonun Maştağa qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində piyada sol ayağının sınığı və kəllə-beyin travması ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗