Avqustun 29-a HAVA PROQNOZU

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi  arabir güclənəcək.  Havanın temperaturunun  gecə  20-25° isti,  gündüz 29-34° isti, Bakıda gecə 22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 29-da gündüz əksər rayonlarda əsasən yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz  33-38°, dağlarda gecə 13-18° isti, gündüz  23-28° isti olacağı gözlənilir.

Vətənim Media Shorts

YouTube-da aç ↗