VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
30.08.2016 12:52 · gunaynovruz

700 bal toplayan tələbələr qalmağa yer tapmırlar

Yeni dərs ilinin başlamasına artıq sayılı günlər qalıb. Yüksək balla ali məktəbə qəbul olan tələbələrin bir çoxu regionlardan gəldiyindən onlar ev problemi ilə üzləşiblər. Bakıda mənzillərin kirayə qiymətlərinin bahalaşması tələbələrin işini daha…

Yeni dərs ilinin başlamasına artıq sayılı günlər qalıb. Yüksək balla ali məktəbə qəbul olan tələbələrin bir çoxu regionlardan gəldiyindən onlar ev problemi ilə üzləşiblər. Bakıda mənzillərin kirayə qiymətlərinin bahalaşması tələbələrin işini daha da çətinləşdirib.Maraqlıdır, 700 bal toplamaqla rekorda imza atan tələbələr harada qalacaqlar?

 

Lent.az xəbər verir ki, İsmayılı rayonunun 5 saylı orta məktəbinin məzunu olan Ağalətif Lətifov Tibb Universitetinin Müalicə işi fakültəsində təhsilini davam etdirəcək.

 

O, kirayə ev tutmağa imkanının olmadığını, yataqxanada qalacağını deyib: “6 nömrəli yataqxanada illiyi 300 manata otaq kirayələmişik. Dərslərin başlamasını səbrsizliklə gözləyirəm”.

 

Kürdəmir rayonundan olan tələbə Təbriz Qasımovun qalacağı yer hələ məlum deyil. O, böyük ehtimalla kirayə ev tutacağını söyləyib.

 

Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Orxan Zülfüqarov Tibb Universitetinin müalicə- profilatktika fakültəsində təhsil alacaq. Atası Əzim Zülfüqarovun sözlərinə görə, oğlu Tibb universitetinin yataqxanasında qalacaq.

 

“Yataqxanada bir, iki və üç nəfərlik otaqlar var. Biz bir nəfərlik otaq götürməyi düşünürük. Bizə verilən məlumata görə, yataqxanada 3 nəfərlik otaqlar boşdur. Biz bunu istəmirik. Oğlumun öz otağı olsa yaxşı olar. Onun üçün rahat şərait yaradarıq, dərslərinə yaxşı hazırlaşar. Hələki gözləyirik. Oğlum harada qalmasından asılı olmayaraq, yaxşı təhsil almalıdır. Onun xaricdə təhsil almasını istəyirdim, amma alınmadı”.

 

Yüksək balla tələbə adını qazanan məzunların çoxu ev problemi ilə üzləşiblər. Əlaqə saxladığımız bir çox tələbə hələ də qalmağa yer tapmadığını deyib.