Bakıda silahlı dəstə ələ keçdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakıda silahlı dəstə saxlanılıb.Vətənim.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Xaçmaz rayon sakini İdris Ramazanova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

 

İ.Ramazanov və sərnişinləri Şamaxı rayon sakinləri Kənanbəy Zülfüqarov, Mətləb Şıxəliyev və Lənkaran rayon sakini Tural Məhərrəmov saxlanılaraq RPİ-yə gətirilib.

 

Araşdırma zamanı silahın K.Zülfüqarova məxsus olması müəyyən olunub.

Vətənim Media Shorts

YouTube-da aç ↗