“Makiyajım tamaşaçıların xoşuna gəlir” – kişi müğənni

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bu yaxınlarda verdiyi müsahibədə heç bir cinsə mənsub olmadığını söyləyən türkiyəli müğənni Fatih Ürək cəmiyyətdə çaşqınlıq yaradan bu açıqlamasına aydınlıq gətirib.

O, fikrini belə izah edib: “Əslində çox işlədiyim üçün sevgiyə vaxt ayıra bilmədiyimi demək istəmişdim. Digər tərəfdən də, fanatlarım cinsiyyətsiz olmağımı istəyirlər. Üz-gözümü boyamağım tamaşaçının çox xoşuna gəlir. Səhnəyə çıxarkən makiyaj edirəm, şou üçün bu, şərtdir”.

Müğənni açıqlamasında atalığı dadmaq istədiyini də söyləyib: “Bu, mənim ən təbii haqqımdır. Daşıyıcı ana vasitəsilə ata olmaq istəyirəm. Amma belə gərgin işin içində bunu necə edəcəyimi bilmirəm. Uşaq sevgi, diqqət istəyir axı”./teleqraf/

Vətənim Media Shorts

YouTube-da aç ↗