VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı
02.09.2016 14:30 · gunaynovruz

Müdafiə Nazirliyi işçi axtarır

  Aprel hadisələrindən sonra Azərbaycan Ordusunun nüfuzunun artması, ölkə vətəndaşlarında ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olub. Minlərlə müraciətləri…

 

Aprel hadisələrindən sonra Azərbaycan Ordusunun nüfuzunun artması, ölkə vətəndaşlarında ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olub.

Minlərlə müraciətləri nəzərə alaraq, Azərbaycan Müdafiə Nazirliyi tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifəsinə qəbul keçirilməsini qərara alıb.

Hərbi xidmətə qəbul olmaq üçün ali təhsil müəssisələrinin humanitar fakültələrini (filologiya, pedaqoqika, tarix, coğrafiya, sosiologiya, psixologiya, politologiya, jurnalistika və s.) bitirmiş, müddətli həqiqi hərbi xidmət keçmiş, 28 yaşı tamam olmayan, fiziki cəhətdən sağlam və kişi cinsindən olan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Zabit kimi əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, humanitar ali təhsilli (28 yaşı tamam olmayan) ehtiyatda olan hərbi qulluqçular da qəbul ilə bağlı müraciət edə bilərlər.

Namizədlər söhbətləşmə və ixtisas seçimindən, sənədlərin toplanıb təqdim olunmasından, Müdafiə Nazirliyinin hərbi həkim komissiyasında yoxlamadan keçdikdən sonra müvafiq kurslara qəbul olunacaqlar. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq vəzifələrə təyin ediləcəklər.

Bağlaşma (müqavilə) yolu ilə xidmət etmək üçün minimal xidmət müddəti 1 il 6 aydır. Həmin müddətdən sonra Silahlı Qüvvələrdə xidmətini davam etdirmək arzusunda olanlar kadr zabitləri heyətinə keçirilə bilərlər. Xidmət dövründə həmin şəxslər Silahlı Qüvvələrin hərbi qulluqçularına şamil olunan bütün imtiyazlardan istifadə hüququna malik olacaqlar.

Namizədlər 2016-cı ilin sentyabrın 5-dən oktyabrın 15-dək Silahlı Qüvvələrin Təlim və Təlim Mərkəzinə müraciət edə bilərlər.

Təqdim olunan sənədlərin siyahısı:

– tərcümeyi-hal;

– təhsil haqqında sənədin surəti;

– doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surəti;

– ehtiyatda olan zabitin şəxsiyyət vəsiqəsi və ya hərbi biletin surəti;

– ASAN xidmətdən məhkumluğun olub-olmaması barədə arayış;

– sağlamlıq (psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi dispanserlərdən qeydiyyatda olub-olmaması) haqqında tibbi arayışlar;

– 2 ədəd 3×4 sm və 2 ədəd 9×12 sm ölçülərində fotoşəkil (başıaçıq, anfas).

Qeyd edək ki, qəbul zamanı pedoqoji stajı, elmi dərəcəsi və dövlət mükafatı olanlara üstünlük veriləcək.

Məhkumluğu olan, əvvəllər hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanların müraciət etməmələri xahiş olunur.

Əlaqə üçün telefon nömrələri: (012) 538-85-62 / (012) 538-61-31.