VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
07.09.2016 21:37 · gunaynovruz

Prezident sərəncam verdi

Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Salyan rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və…
Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Salyan rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 55,2 dəfə, tikinti-quraşdırma işləri 101,8 dəfə artmış, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası inşa edilmiş, Mərkəzi rayon Xəstəxanası yenidən qurulmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, 43 kənddə sutəmizləyici qurğular quraşdırılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə qərara alıram:
1. Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti