Sentyabrın 26-ı qeyri-iş günü olacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Sentyabrın 26-ı qeyri-iş günü olacaq.

APA-nın məlumatına görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.

Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Buna görə də 26 sentyabr ölkədə qeyri-iş günüdür.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗