Millət vəkili Qənirə Paşayeva bu gün Suraxanı rayonunda Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Rurizm Baş İdarəsi H.Sarabski adına Mədəniyyət Evinin təşkilatşılığı ilə oxuyucularla görüşüb, onların suallarını cavablandırıb və kitablarını imzalayıb. Bu cür maraqlı tədbir üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva cəmiyyətdə kitaba meyilliliyin artması istiqamətdə ziyalıların üzərinə böyük vəzifələr düşdüyünü də vurğulayıb.

