Bakının hansı hissələrində havayı Wi-Fi olacaq? – SİYAHI

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi “İctimai Wi-Fi” layihəsinin icrasına başlayıb.

Bu barədə nazirliyin 9 ayın yekunlarına həsr olunmuş kollegiya iclasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Abdullayev deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə internet şəbəkəsinə pulsuz çıxış Bakının Fəvvarələr meydanı və Dənizkənarı Milli Parkda mümkün olacaq.

Simsiz internet İçərişəhər qoruğu və Dövlər Bayrağı Meydanının ərazilərini də əhatə edəcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗